“Lukoil” şirkətinin rəhbəri, azərbaycanlı iş adamı Vahid Ələkbərov Moskva “Spartak”ına sponsorluqdan danışıb.
Sportal.az xəbər verir ki, o, bu kluba şirkət tərəfindən ayrılan maliyyənin artırılmayacağını bildirib:
“Spartak”ın maliyyəsini artırmayacağıq. Baxmayaraq ki, onlar Çempionlar Liqasına vəsiqə qazanıb və Rusiya çempionu olub. Moskva klubu bir nömrəli klub turnirində yaxşı çıxış etsə, pul qazana bilər. Komanda mütləq qazanmalıdır, gəlir götürməlidir. Biz maliyyəni azaltmayacağıq da, artırmayacağıq da və baş sponsor kimi qalacağıq”.
saytlarin hazirlanmasi