Çempionlar Liqasında 2016/2017-ci il mövsümünə yekun vurulur.
Sportal.az xəbər verir ki, Uelsin paytaxtı Kardiff şəhərinin "Millennium" stadionunda baş tutacaq final matçında turnirin son qalibi "Real"la "Yuventus" qarşılaşacaq.
“Kral klubu” son 3 mövsümdən 2-də, ümumilikdə isə 11 dəfə Çempionlar Liqasının qalibi olub. Son 5 finalın hamısında qalib gələn Madrid klubu sonuncu dəfə həlledici qarşılaşmada 1981-ci ildə uduzub.
“Yuventus” isə 2 dəfə ÇL-in qalibi olub, 6 dəfə finalda məğlubiyyət acısı yaşayıb. Sonuncu dəfə 21 il əvvəl kuboku qazanan “Qoca Sinyora” 2 il öncə finalda “Barselona”ya məğlub olmuşdu.
19 il əvvəl də ÇL-in finalı bu komandaların iştirakı ilə baş tutmuşdu və həmin vaxt Predraq Miyatoviçin yeganə qolu “Real”a 1:0 hesablı qələbə qazandırmışdı.
UEFA Çempionlar Liqası
Final
3 iyun
22:45. “Yuventus” (İtaliya) – “Real” (Madrid, İspaniya)
Baş hakim: Feliks Brix (Almaniya)
saytlarin hazirlanmasi