Obameyanq may ayının ən yaxşısı seçildi

19:00 - 3 İyun 2017

Dortmund "Borussiya"sının futbolçusu Pyer-Emerik Obameyanq Almaniya Bundesliqasında may ayının ən yaxşı futbolçusu seçilib.

 

Sportal.az xəbər verir ki, bu barədə Bundesliqanın rəsmi saytı xəbər yayıb. Qabonlu hücumçu 71 faiz səs toplayıb. O, Aryen Robben, Timo Verner və Mario Qomeslə mübarizədən qalib ayrılıb.

 

Qeyd edək ki, ötən ay Bundesliqada 3 oyuna çıxan 30 yaşlı forvard 4 qol vurub.

Xəbər xətti