Türkiyə Super Liqasında mövsümün sonuncu - 33-cü turunun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası - "Bursaspor" da son matçına çıxıb. Bursa klubu səfərdə "Trabzonspor"la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Əsas komandadan uzaqlaşdırılan Yılmazın adı bu görüşün də iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Bursaspor" mövsümü 38 xalla 18 klub arasında 15-ci pillədə başa vurub. Bu komanda son turda uduzacağı halda elitanı tərk edəcəkdi. Lakin bursalılar son anda toparlanaraq buna imkan verməyiblər.
saytlarin hazirlanmasi