"Anji" azərbaycanlı futbolçudan əl çəkmir

12:12 - 4 İyun 2017

Rusiya Premyer Liqasında çıxış edən “Anji” qış fasiləsində "Spartak"dan icarəyə götürdüyü Ayaz Quliyevi komandada saxlamaq istəyir. Azərbaycan əsilli futbolçunun icarə müddəti bitib. Mahaçqala klubu isə onun xidmətində maraqlıdır.

 

Sportal.az xəbər verir ki, hazırda keçidlə bağlı klublar arasında danışıqlar gedir. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Quliyev 2016/17-ci illər mövsümündə "Anji"də 12 oyun keçirib. Mahaçqala klubu Ayazı qış fasiləsində 6 aylıq "Spartak"dan icarəyə götürmüşdü.

Xəbər xətti