Rusiya milli komandasının əslən Azərbaycandan olan futbolçusu Aleksandr Səmədov Çempionlar Liqasının finalındakı nəticəyə üzülüb.
Sportal.az xəbər verir ki, buna səbəb "Yuventus"un məğlubiyyətidir. Milimizdən imtina edərək Rusiya yığmasının üzvü olan Moskva "Spartak"ın yarımmüdafiəçisi "Qoca Sinyora"nın azarkeşidi. O, Turin təmsilçisinin məğlubiyyətinə üzüldüyünü bildirib:
"Çempionlar Liqasının finalının ilk hissəsinə komanda ilə birgə izlədik. İkinci hissəni isə kim harda gəldi. Mən üzüldüm, çünki "Yuventus"a azarkeşlik edirdim. Ancaq "Real"ı təbrik etmək lazımdı".
Xatırladaq ki, "Real" Kardiffdə keçirilən finalda "Yuventus"u 4:1 hesabı ilə məğlub edib.
saytlarin hazirlanmasi