Ötən mövsüm AZAL-ın kapitanı olan Emin Cəfərquliyev özünə yeni komanda tapıb.
Sportal.az-ın əldə etdiyi məlumata görə, U-21 millimizin sabiq üzvü "Səbail"lə anlaşıb. 27 yaşlı müdafiəçi "aslanlar"la 1 illik müqavilə imzlayıb.
Qeyd edək ki, "Səbail" daha öncə Kamal Qurbanov, Murad Ağayev (hər ikisi "Neftçi"), Yamin Ağakərimzadə ("Zirə"), Emin Mehtiyev ("Zaqatala"), Aqşin Muxtarlı ("Turan Tovuz") və Samir Məsimovu (AZAL) da heyətinə qatıb.
saytlarin hazirlanmasi