DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Almaniya millisi yoxlama oyununda qüvvəsini sınayıb.
Sportal.az xəbər verir ki, Yoahim Lövün komandası Danimarka yığması ilə qarşılaşıb.
Matç 1:1 hesablı bərabərliklə başa çatıb. Belə ki, matçda hesabı Danimarka millisi açıb. 18-ci dəqiqədə “Tottenhem”in futbolçusu Kristian Eriksen “bundestim”i məyus edib. Almaniya yığması görüşün 88-ci dəqiqəsində hesabı bərabərləşdirməyi bacarıb. Kimmix möhtəşəm zərbə ilə hesabda tarazlığı bərpa edib.
Danimarka - Almaniya 1:1
QOLLAR: Kristien Eriksen, 18 - Coşua Kimmix, 88
saytlarin hazirlanmasi