Almaniya çempionatında başa çatan 2016/17 mövsümünün ən yaxşıları müəyyənləşib.
Sportal.az xəbər verir ki, sezonun ən yaxşı futbolçusu “Bavariya”da forma geyinən Robert Levandovski olub. Polşalı hücumçu 248 futolçunun iştirak etdiyi səsvermədə səslərin 25 faizini toplayıb.
İkinci yeri 15,7 faizlə Nabi Keyta (“Leyptsiq”), üçüncü yeri isə 10,5 faizlə Pyer-Emerik Obameyanq ("Borussiya") tutub.
Digər qaliblər aşağıdakılardır:
Ən yaxşı qapıçı – Manuel Noyer (“Bavariya” – 32,7 faiz)
Ən yaxşı baş məşqçi – 29 yaşlı Yuliyan Naqelsman (“Hoffenhaym” – 44,8 faiz)
Ən yaxşı hakimlər – Manuel Qrafe (26,6 faiz), Feliks Brix (12,1 faiz), Dəniz Aytəkin (10,5 faiz).
saytlarin hazirlanmasi