Azərbaycanlı futbolçular İlham Allahverdiyev və son mövsümü “Şəmkir”də keçirən Əlimirzə Daşzərini karyeralarını Türkiyədə davam etdirəcəklər.
Sportal.az xəbər verir ki, hər iki futbolçu Türkiyənin Bal liqasında çıxış edən “Çəngəlköyspor”la 1 illik müqaviləyə imza atıb.
"Neftçi"nin yetirməsi olan İlham Allahverdiyev ötən mövsüm də “Çəngəlköyspor”da çıxış edib. Daşzərininin də “yaşıl-ağlar”a transferində İlhamın rolu olub.
saytlarin hazirlanmasi