"Monako" baş məşqçisi ilə yeni müqavilə imzaladı

00:58 - 8 İyun 2017

"Monako" baş məşqçi Leonardo Jardimlə bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı ilə yeni müqavilə imzalanıb. Yeni sözləşməyə əsasən 42 yaşlı mütəxəssis 2020-ci ilədən "knyazlıq" təmsilçisinin sükanı arxasında olacaq. O, illik 4,5 milyon avro qazanacaq.

 

Qeyd edək ki, Yardim 2014-cü ildən "Monako"nu çalışdırır. Komanda onun rəhbərliyi altında bu mövsüm Fransa çempionu olub, Çempionlar Liqasında isə yarımfinadək irəliləməyi bacarıb.

Xəbər xətti