"Neftçi"də ayrılıq reallaşıb.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Eltun Yaqublu ilə yollarını ayırıb. Yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
"Ağ-qaralar" digər 3 futbolçusu – Aqşin Qurbanlı, Orxan Qurbanlı və Təyyar Məmmədovu icarəyə verib. Müqaviləyə görə Aqşin və Orxan 1 il, Təyyar isə 6 ay müddətinə "Səbail”in formasını geyinəcəklər.
Xatırladaq ki, Eltun da ötən mövsüm "Səbail"ə icarəyə verilmişdi.
saytlarin hazirlanmasi