"Hoffenhaym" baş məşqçisi ilə "nikah təzələdi"

13:12 - 9 İyun 2017

Almaniyanın "Hoffenhamaym" klubu baş məşqçisi ilə "nigah təzələyib".

 

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi baş məşqçi Yulian Naqelsmann ilə yeni müqavilə imzalayıb. 29 yaşlı mütəxəssislə sözləşmənin müddəti 2021-ci ilədək uzadılıb.

 

Qeyd edək ki, gənc məşqçi "Hoffenhaym"ı 2016-cı ildən çalışdırır. Onun rəhəbrliyi altında komanda mövsümü 4-cü pillədə başa vurub və Çempionlar Liqasında iştirak edəcək.

Xəbər xətti