Almaniyanın "Şalke" klubunda baş məşqçi dəyişikliyi baş tutub.
Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi Markus Vaynsirlla yolları ayırıb. 42 yaşlı mütəxəssisin əvəzinə isə Domeniko Tedesko gəlib. 31 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
İtaliyalı mütəxəssis son mövsüm Almaniya II Bundesliqasında çıxış edən "Aue" klubunu çalışdırıb. "Aue" Todeskonun gəlişindən sonra çempionatda qalmağı bacarmışdı.
Xatırladaq ki, millimizin üzvü Dmitri Nazarov da "Aue"nin şərəfini qoruyur.
saytlarin hazirlanmasi