Robert Prosineçki: "Əgər istəyirsinizsə, millidən gedə bilərəm" MÜSAHİBƏ

22:53 - 10 İyun 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan – Şimali İrlandiya matçı rəqib komandanın qələbəsi ilə başa çatıb – 0:1.

 

Sportal.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında millimizin baş məşqçisi Robert Prosineçki fikirlərini bildirib.

 

Xorvatiyalı mütəxəssis öncə oyun haqda danışıb:

 

Çox danışmaq istəmirəm. Komandam bu gün gözəl, baxımlı futbol sərgilədi. Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq. Bunu gözləmirdik.

 

- Nazarov bu gün çox zəif futbol sərgilədi. Onu meydanda çox saxladığınızı düşünmürsünüz?

- Ola bilər.

 

- Bu məğlubiyyət futbolçulara çox ciddi psixoloji təsir göstərə bilər. Oyunçuları gələn matçlara motivasiya etmək çətin olmayacaq?

- İndi futbolçular istirahətə yollanacaqlar və sonra klublarının düşərgəsinə qoşulacaqlar. Mənə elə gəlir ki, komanda bu gün çox yaxşı oynadı. Amma futbolda belə hadisələr olur. Düşünürəm ki, gələn oyuna daha yaxşı hazırlaşacağıq.

 

- Türkiyə mətbuatı sabah “Bursaspor”la danışıqlara start verəcəyinizi yazır...

- Bu barədə danışmaq istəmirəm. Əgər istəyirsinizsə, mən millidən gedə bilərəm (gülür). Lazım olan vaxt bütün məsələlər haqda danışacağam.

 

- Almeydanın simasında axtardığınız oyunçunu tapmısınızmı?

- Almeyda uzun müddətdir Azərbaycanda oynayır. O, bütün futbolçularımızı yaxşı tanıyır. Ona görə də uyğunlaşmaq baxımından heç bir problemi yoxdur. Almeyda demək olar ki, azərbaycanlıdı. Bu baxımdan çətinliyimiz olmadı.

 

- Millimizi dayanmadan dəstəkləyən azarkeşlərə nəsə sözünüz varmı?

- Hər bir azarkeşin öz fikri var. Dəstəyə görə onlara təşəkkür edirəm. Demək istəyirəm ki, bu gün millimizin oyunçuları canla-başla vuruşdu. Düzdü, futbolda nəticə çox vacibdir. Amma yenə təkrar edirəm, millimiz çox yaxşı oynadı. 

Xəbər xətti