Elnur Cəfərov "Neftçi"də

16:51 - 12 İyun 2017

“Klubda 3 gün işə çıxdıqdan sonra 3-4 gün istirahət edəcəm və ardından çalışmaları sürətləndirəcəm”.

 

Sportal.az xəbər verir ki, bu sözləri  “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.

 

47 yaşlı mütəxəssis artıq transfer çalışmalarını sürətləndirdiklərini vurğulayıb: “Millinin düşərgəsində olduğum üçün bir müddət klubdan ayrı qaldım. Buna baxmayaraq, komandanın hazırlıq proqramına və transfer məsələlərinə nəzarət edirdim. Müdafiəçi Məhəmməd Mirzəbəyov və qapıçı Rəşad Əzizli artıq “Neftçi”nin oyunçularıdı. Onlarla 1 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi Elnur Cəfərovla da razılıq əldə etmişik. Əcnəbi futbolçulara gəlincə, qapıçı Boban Baykoviçin komandaya qayıtmayacağı dəqiqdisə, yarımmüdafiəçi Zdenek Folprextlə danışıqları hələ də davam etdiririk”.

 

Abdullayev iyunun 26-da komandanın bir araya gələcəyini sözlərinə əlavə edib: “Təxminən 1 aya yaxın Bakıda toplanış keçəcəyik. İyulun 12-də burda “Kəpəz”lə yoxlama görüşü keçirəcəyik. Gələn ayın sonlarında da ölkə xaricinə yollanacağıq. Amma hansı ölkəyə gedəcəyimiz hələ dəqiq bilinmir. Orda da 3 yoxlama görüşü keçirməyi planlaşdırırıq. Rəqiblərin kimliyi ilə bağlı danışıqlar davam edir. Yəqin ki, yaxın günlərdə buna da aydınlıq gələr”. (apasport)

Xəbər xətti