Tyaqo Motta daha bir il PSJ-də qalacaq.
Sportal.az xəbər verir ki, Motta ilə yeni müqavilə bağlanıb. 34 yaşlı yarımmüdafiəçinin müqaviləsi iyunun 30-da başa çatırdı. Ancaq tərəflər yeni müqavilə barədə razılıq əldə ediblər.
Yeni müqavilə bir illik nəzərdə tutulub. Bundan sonra Motta PSJ-də qalaraq, məşqçi kimi fəaliyyət göstərəcək. O, Paris klubunun gənclər komandasına başçılıq edəcək.
Qeyd edək ki, Tyaqo Motta PSJ-də 2012-ci ilin yanvarından çıxış edir.
saytlarin hazirlanmasi