"Bavariya" heyətini yeni futbolçu cəlb edib.
Sportal.az xəbər verir ki, Münhen klubu "Lion"un yarımmüdafiəçisi Korentin Tolissonu transfer edib. Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tolisso ilə 2020-ci ilin iyununa kimi müqavilə imzalanıb. "Bavariya"nın 22 yaşlı futbolçuya görə Fransa təmsilçisinə 40 milyon avro ödəyib
Qeyd edək ki, "Lion"un yetirməsi olan Tolisso 2013-cü ildən əsas komandada çıxış edirdi. O, Fransa millisinin heyətində 14 qola imza atıb.
saytlarin hazirlanmasi