"Zirə" Avroliqaya hazırlaşır

16:30 - 15 İyun 2017

Ölkəmizi avrokuboklarda təmsil edəcək “Zirə” təlim-məşq toplanışını davam etdirir.

 

Sportal.az xəbər verir ki, iyunun 13-də “İnter”lə yoxlama oyunu keçirən “Zirə” dünən bir məşqlə kifayətlənib. Yüngül toplu çalışmaların ardından baş məşqçi Ayxan Abbasov futbolçulara bərpa proqramı verib.

 

Bakı klubu bu gündən etibarən yenidən intensiv məşqləri davam etdirir. Komanda bu gün iki məşqə çıxıb və əsasən taktiki-texniki hazırlıq üzərində çalışıb.

Xəbər xətti