Emeri də Mbappeni istəyir: "Doğulduğun şəhəri təmsil etmək çox gözəl duyğudu"

16:45 - 15 İyun 2017

"Monako"nun gəcn futbolçusu Kilian Mbappe uğrunda Avropa nəhənglərinin savaşı davam edir.

 

Sportal.az xəbər verir ki, 18 yaşlı hücumçuya bir "elçi" də vətənində çıxıb. Belə ki, PSJ istedadlı futbolçunu heyətinə cəlb etmək istəyir. Parislilərin baş məşqçisi Unay Emeri fransız forvardı komandasında görmək istəyir. İspan çaışdırıcı bu istəyi ilə bağlı açıqlama verib.

 

"Burada Mbappedən bəhs edildiyində "Real" və "Barselona" deyirlər. Amma mən PSJ-nin baş məşqçisiyəm və belə deyirəm: "Bir Mbappenin bir fransız kubunu təmsil etməsindən gözəl nə ola bilər ki?" Hər zaman hisslərdən, sevgidən bəhs edirik. Doğulduğun şəhəri təmsil etmək çox gözəl duyğudu.

 

Təbii ki, mən də fransız deyiləm. Amma "Real Sosyedad"da ilk matçıma çıxanda belə hiss etmişdim. Məncə Kilian "Monako"dan gedəcəksə, onun üçün Fransadan, PSJ-dən, bağlılığı olan bir şəhərdən daha yaxşı seçim ola bilməz".

Xəbər xətti