"Zirə"nin yeni transferi bu epizoda görə hönkür-hönkür ağlamışdı VİDEO

15:15 - 16 İyun 2017

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Zirə" haitili hücumçu Kervan Belforu transfer edib.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı forvard yaşıl meydanlarda maraqlı hərəkətləri ilə gündəmə gələn futbolçudur. O, ötən il Amerika Kubokunun B qrupunda keçirilən Peru - Haiti (1:0) matçında son dəqiqələrdə real qol şansını qaçırdığına görə hönkür-hönkür ağlamışdı.

 

Qeyd edək ki, Belfor karyerasına ölkəsinin “Tempete” klubunda başlayıb. Bundan sonra isə o, Fransa, İsveçrə, Cənubi Kipr, Türkiyə və Hindistan çempionatında çıxış edib. Hücumçunun son klubu İsveç təmsilçisi “Siriyanska” olub.

 

Xəbər xətti