Azərbaycanlı futbolçu Rusiya klubu ilə müqavilə imzaladı

13:55 - 17 İyun 2017

Rusiyanın “Krılya Sovetov” klubu Azərbaycan əsilli futbolçu Azər Əliyevi "Yenisey" klubundan transfer edib.

 

Sportal.az xəbər verir ki, tərəflər 1 illik müqavilə imzalanıb. Azər yeni komandasında 10 nömrəli forma altında çıxış edəcək.

 

"Krılya Sovetov" uzun illərdən sonra Premyer Liqanı tərk edərək I diviziona düşüb. Əliyev bunadək birinci divizion təmsilçisi "Yenisey"in heyətində 69 oyunda 5 qol vurub.

 

Xəbər xətti