"Differdanj" Ölkəsinin ən güclü 2 klubundan biridir. Turnir cədvəlinə baxdım, komanda çempionla eyni xalı toplayıb və yalnız top fərqinə görə ilk sıranı əldən verib. Bundan sonra rəqib haqda daha da geniş məlumat toplamağa çalışacağıq".
Sportal.az xəbər verir ki, bu sözlər "Zirə"nin baş məşqçisi Ayxan Abbasova məxsusdur. Qəsəbə təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun “Differdanj" klubu ilə üz-üzə gələcək.
Püşklə bağlı danışan Abbasov fikirlərini bildirib:
"Oyuna ciddi hazırlaşacağıq. İlk oyunun evdə olması bizim üçün üstünlükdür. Bakıya döndükdən sonra həm hazırlaşmaq, həm də rəqibi analiz etmək üçün vaxtımız olacaq. Avropa liqasında debüt edəcəyik, təcrübəmiz azdır. Çətin olacağını bilirik. Çalışacağıq ki, qarşıdakı iki oyunda yaxşı oynayıb turu keçək".
saytlarin hazirlanmasi