Litvanın "Jalqiris" klubu Çempionlar Liqasının II təsnifat mərhəlsəində Bolqarıstanın "Ludoqorets" klubu ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, komandanın kapitanı Mantas Kuklis açıqlamasında püşkatmanı dəyərləndirib. 29 yaşlı yarımmüdafiəçi "Qarabağ" və "Partizan"a rəqib olmaq istədiklərini söyləyib:
"Bizim üçün "Qarabağ" və "Partizan" daha münasib rəqib idilər. Fikrimcə, "Ludoqorets" daha güclü komandadır. Rəqibimiz Çempionlar Liqasının qrup mərhələsindı oynamış komandadır. Güclü komandalara qarşı mübarizə maraqlı olsa da, "Qarabağ" və ya "Partizan"ı arzu edirdik. Ötən il "Astana" ilə oyunlarda bəxt bizdən üz döndərmişdi. Bu il ümid edirəm ki, belə olmayacaq".
saytlarin hazirlanmasi