Rumıniya mətbuatı: "Zirə" cütün favoritidir"

15:02 - 20 İyun 2017

Rumıniyanın “Astra” klubu Avropa Liqasının II təsnifat mərhələsində Bakıya səfər edə bilər. Bunun üçün turnirdəki təmsilçimiz “Zirə” I mərhələdə Lüksemburqun "Differdanj" komandasını mübarizədən kənarlaşdırmalıdır. Belə olan halda Rumıniya təmsilçisi "qartallar"la qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Rumıniya mətbuatı "Zirə" klubundan yazıb. Həmkarlarımız qəsəbə təmsilçisini "Differdanj"la oyunda favorit hesab edir:

 

"Zirə" avrokuboklarda debüt edəcək. Avropa Liqasında "Qəbələ" və "Qarabağ" öz nəticələri ilə Azərbaycanı sevindirir. Bu komanda isə çox gəncdir və 2014-cü ildə yaranıb. İlk mövsümdə gümüş medala sahib olublar. Başa çatan mövsümü isə 4-cü pillədə başa vurublar. Bir zamanlar "Vitorul"da çıxış edən Nelson Bonilya da bu komandada bir il çıxış edib.

 

Həmçinin "Zirə" bu gün son Rumıniya çempionu "Vitorul"la qarşılaşacaq. Bu komandanın gücünü görmək maraqlı olacaq.

 

"Differdanj" isə son Lüksemburq çempionatını 2-ci pillədə bitirib. Komanda avrokuboklarda "Zirə"dən təcrübəlidir. Amma buna baxmayaraq, "Zirə" cütün favoritidir".

Xəbər xətti