Ayxan Abbasov: "Avropa Liqasının oyunlarından öncə bu səhvləri görmək vacib idi"

00:40 - 21 İyun 2017

“Bu oyun bizim üçün çox önəmli idi. Toplanışın son oyununda komandamızın nə dərəcədə hazır olduğuna baxmaq istəyirdik. Rəqib Rumıniya çempionu idi, güclü komanda idi. Maraqlı oyun oldu". Futbol11.az xəbər verir ki, bi sözləri "Zirə"nin baş məşqçisi Ayxan Abbasov deyib.

 

Türkiyənin Bolu şəhərindəki təim-məşq toplanışında son yoxlama oyununda Rumıniya çempionu "Vitorul"a 1:2 hesablı məğlubiyyət haqda fikirlərini açıqlayan gənc mütəxəssis ilk hissədə futbolçularının tapşırıqları tam yerinə yetirməyə çalışdıqlarını söyləyib:

 

"Hesabda da öndə idik. İkinci hissədə dəyişikliklər etdik. Yeni qoşulan futbolçular 90 dəqiqə meydanda olmaq üçün tam hazır deyillər. Həmçinin digər futbolçuları da izləmək istəyirdik. Bəzi səhvlərimiz oldu və Avropa Liqasının oyunlarından öncə bu səhvləri görmək vacib idi. Onlar üzərində çalışacağıq. Artıq Türkiyədəki təlim-məşq toplanışı başa çatır. Burda taktiki məşqlərə daha çox üstünlük verdik, komandanı yoxlama oyunlarında sınadıq. Ümumilikdə, təlim-məşq toplanışı səmərəli keçdi".

 

Abbasov onu da bildirib ki, futbolçulardan yalnız Rəşad Sadiqov yüngül zədə aldı və o da artıq Bakıda komandayla məşqlərə başlayacaq:

 

"Əsas odur ki, yeni gələn futbolçularımız tez uyğunlaşır. Artıq Bakıya qayıtdıqdan sonra “Differdanj”la oyuna tam heyətlə hazırlaşacağıq”.

Xəbər xətti