UEFA "Red Bull" şirkətinin sponsorluq etdiyi və sahibi olduğu Avstriyanın "Salzburq" və Almaniyanın "Leyptsiq" klublarının ÇL-də oynayıb-oynamaması ilə bağlı qərar verdi.
Sportal.az xəbər verir ki, qurum hər iki kluba ÇL-də oynamaq üçün icazə verib. UEFA hər iki komandanın maliyyə hesabatını yoxlayıb və hər şeyin qaydasında olduğu üçün belə bir qərar qəbul edib.
Qeyd edək ki, UEFA-nın maliyyə qaydalarına görə sponsoru və sahibi eyni olan klublardan yalnız birinə avrokuboklarda oynamaq icazəsi verir.
saytlarin hazirlanmasi