“Neftçi” dogma, futbola göz açdığım komandamdır. Bu komandaya qayıtdığım üçün sevincliyəm”.
Sportal.az xəbər verir ki, bu sözlər "Neftçi"nin futbolçusu Mirabdulla Abbasova məxsusdur. Ötən mövsümü icarə əsasında “Sumqayıt”da keçirən 22 yaşlı yarımmüdafiəçi yenidən “Neftçi”yə qayıtdığı üçün sevincli olduğunu bildirib:
“Məşqlər hələ ki fiziki hazırlıq üzrə keçir. Əhval-ruhiyyə yaxşıdır. Əlimizdən gələni edəcəyik ki, "Neftçi” əvvəlki günlərində olduğu kimi oynasın. Azarkeşlərə minnətdarlığımı bildirmək istəyirəm. "Sumqayıt”da olduğum müddətdə də mənə böyük dəstək oldular. Çalışacağam ki, bundan sonra daha artıq dəstək göstərsinlər”.
Qeyd edək ki, Abbasov ötən mövsüm "kimyaçılar"ın 8 qol vurmağı bacarıb.
saytlarin hazirlanmasi