Çempionlar Liqasının matçları "Facebook"da canlı yayımlanacaq

14:38 - 28 İyun 2017

ABŞ-ın “Fox Sport” televiziya kanalı və “Facebook” sosial şəbəkəsi Çempionlar Liqasının yayım hüququ üçün razılıq əldə ediblər.

 

Sportal.az xəbər verir ki, adıçəkilən telekanalın rəsmi səhifəsi sentyabrdan etibarən ABŞ daxilində turnirin matçlarını canlı yayımlayacaq.  Razılaşmaya görə, istifadəçilərin ümumilikdə 30 matçı izləmək şansı olacaq.

 

Qeyd edək ki, “Fox Sport” ötən mövsüm “Real” və “Yuventus” arasında keçirilən matçı yayımlamış və görüşə 34 milyon “Facebook” istifadəçisi baxa bilmişdi.

Xəbər xətti