Luçesku "Zenit"dən təzminat aldı

19:18 - 28 İyun 2017

Rusiyanın “Zenit” klubu sabiq baş məşqçisi Mirça Luçeskunun tələb etdiyi təzminatın bir hissəsini ödəyib.

 

Sportal.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi rumıniyalı mütəxəssisə 2,5 milyon avro ödəyib.

 

Qeyd edək ki, 71 yaşlı Luçesku müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi üçün “Zenit”dən 4 milyon avro təzminat tələb edib.

Xəbər xətti