"Neftçi"də iki yeni sponsor

16:09 - 29 İyun 2017

“Neftçi” iki yeni potensial sponsorla danışıqlar aparır.

 

Sportal.az xəbər verir ki, barədə sport24.az saytına məlumatı komandanın Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Əfsərli verib.

 

Əfsərli sponsor sayının artırılması yolunda əməli işlər görüləcəyini də bildirdi: “Hazırda iki şirkətlə danışıqlarımız uğurla davam edir. Müqavilə imzalananadək bu haqda ətraflı informasiya verməyim düzgün olmaz. Elə həmin şirkətlərin adlarını da indidən açıqlamayacam. Yeni mövsümə biz də öz sahəmizdə maksimum hazırlıqlı olmalıyıq. Marketinq sahəsində xeyli planlarımız var. Zaman-zaman hamısını həyata keçirməyə çalışacağıq”.

Xəbər xətti