“Neftçi” yeni mövsümün hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, “ağ-qaralar” bu gün Bakı toplanışının ikinci mərhələsinə start verib. Komanda səhər saatlarında klubun təlim-məşq bazasındakı idman zalında fiziki hazırlıqla məşğul olub. Baş məşqçi Elxan Abdullayev axşam məşqini İsmət Qayıbov adına təlim-məşq bazasında keçəcək.
Qeyd edək ki, “Neftçi” iyulun 24-də təlim-məşq toplanışının növbəti mərhələsi üçün Avstriyaya yollanacaq.
saytlarin hazirlanmasi