UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bu mərhələdə qitənin ən aşağı reytinqə malik 10 ölkəsinin çempionları mübarizə aparırdı. Bu gün keçirilən oyunlardan sonra bu komandalardan 5-i 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıb. Bunlar "Hibernians", "Vikinqur", TNS, "Alaşkert" və "Linfild" olub.
Xatırladaq ki, Azərbaycan çempionu “Qarabağ” da məhz 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. “Köhlən atlar” bu mərhələdə Gürcüstan “Samtredia”sı ilə üz-üzə gələcək.
Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunları
4 iyul
Tallin (Estoniya) - Hibernians (Malta) - 0:1 (ilk oyun 0:2)
Trepça (Kosova) - Vikinqur (Farer adaları) - 1:4 (1:2)
Europa (Cəbəllütariq) - TNS (Uels) - 1:3 (2:1)
Santa Koloma (Andorra) - Alaşkert (Ermənistan) - 1:1 (0:1)
La Fiorita (San Marino) - Linfild (Şimali İrlandiya) - 0:0 (0:1)
saytlarin hazirlanmasi