“Əvvəla düşmən həmləsi nəticəsində Füzuli rayonunda baş vermiş faciəylə bağlı xalqımıza və həyatlarını itirən doğmalarımızın ailəsinə başsağlığı vermək istəyirəm. Allahdan 2 yaşlı körpə balamız Zəhra və nənəsi üçün rəhmət, yaxınlarına isə səbr diləyirəm.
Sportal.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Avropa Liqasının birinci təsnifat mərhələsində Lüksemburq "Differdanj"ı ilə cavab oyunu öncəsi deyib.
Abbasov arxayınlaşmadıqlarını söyləyib:
"Oyun haqda onu deyə bilərəm ki, ilk oyundakı 2:0 hesablı qələbəmiz bizi heç də arxayınlaşdırmır. Rəqibimiz çox yaxşı komandadır. Bizi ağır oyun gözləyir. Cütün taleyi məhz bu oyunda həll olunacaq. “Differdanj” avrokubok təcrübəsi olan komandadır. Onların bəzi oyunlarını izləmişəm. 2:0 hesablı üstünlüyümüzü qorumağa çalışacağıq. Lakin bu futboldu və “play-off” oyunları iki oyundan ibarət olur. Yalnız Viktor İqbekoyi viza probleminə görə komandayla səfərə çıxa bilmədi. Başqa itkimiz yoxdur".
Gənc mütəxəssis Lükseburqda futbolun inkişaf etdiyini bildirib: "Ümumiyyətlə Lüksemburq klubları bizə ötən mövsümdən tanışdır. Keçən il “Qarabag” ÇL-də bu ölkənin təmsilçisi ilə qarşılaşmışdı. Ötən gün Lüksemburq təmsilçisinin “Qlazqo Reyncers” səddini keçməsi mənim üçün surpriz oldu. Səfərdən məğlubiyyətlə dönüb evdə mərhələni keçməsi inkişaflarından xəbər verir".
saytlarin hazirlanmasi