Millimizin üzvü "Neftçi"yə keçidindən danışdı VİDEO

14:27 - 6 İyul 2017

"Neftçi"nin yeni transferi Məhəmməd Mirzəbəyov klubun rəsmi kanalına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü olan 26 yaşlı müdafiəçi bunları bildirib:

 

"Əlbəttə, ilk növbədə, böyük tarixə malik klubun mənimlə maraqlanması çox xoş oldu. Həm də "Neftçi”nin hazırkı vəziyyətini görəndə, komandanın maksimum uğur qazanması üçün kömək etmək istədim. Ona görə ki, "Neftçi”nin həmişə yaxşı komanda olduğunu, yüksək yerlər tutduğunu bilirik. Ümid edirəm ki, bu mövsüm özümüzü yaxşı tərəfdən göstərəcəyik. Buradakı uşaqların çoxunu tanıyıram. Bəziləri ilə "Qəbələ”də, bəziləri ilə "Sumqayıt”da oynamışam. Ruslan Abışovla birgə "Qəbələ”də çıxış etmişəm. O, çox yaxşı futbolçu, çox yaxşı insandır. Sözləri, əməlləri ilə həmişə dəstək olur, kömək edir. Komandada sənə dəstək olan, məsləhət verə bilən adamların olması yaxşıdır. Kollektivə gəlincə, uşaqlar çox sadədirlər. Ən vacibi budur ki, heç kim özünü ulduz kimi aparmır, hamı, sadəcə olaraq, öz işini görür. Buna görə də hamı üçün asandır. İlk növbədə, öz bacarığımı maksimum səviyyədə göstərmək istəyirəm. Hamının – azarkeşlərin, klub rəhbərliyinin, məşqçilər heyətinin, doğmalarımın ümidlərini doğrultmaq, bacardığımın ən yaxşısını ortaya qoymaq, maksimum nəticə qazanmaq üçün əlimdən gələni edəcəyəm”.

 

Xəbər xətti