“Neftçi Peşəkar Futbol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətində struktur dəyişikliyi edilib.
Sportal.az xəbər verir ki, təsisçinin qərarı ilə “İcraçı direktor” vəzifəsi ləğv edilib, “Prezident” və “Vitse-prezident” vəzifələri təsis edilib.
“Neftçi Peşəkar Futbol Klubu” MMC-nin fəaliyyətinə rəhbərlik Cəmiyyətin təkbaşına icra orqanı olan Prezident tərəfindən həyata keçiriləcək. Orxan Hüseynzadə müvafiq qərarla prezident, Elnur Eyvazov isə vitse-prezident vəzifəsinə təyin olunub.
Müşahidə Şurası əvvəlki tərkibdə “Neftçi Peşəkar Futbol Klubu” MMC-nin idarə olunmasına nəzarəti həyata keçirəcək.
saytlarin hazirlanmasi