Turnirin təsviri: "Neftçi” PFK-nın təşəbbüsü, "Lenovo” şirkətinin sponsorluğu və "Offside” səhifəsinin təşkilati dəstəyi ilə keçiriləcək viktorina "Neftçi” PFK-nın 80 illik yubileyinə və hər il Azərbaycanda iyulun 22-də qeyd olunan Milli mətbuat və Jurnalistika gününə həsr olunub.
Sportal.az xəbər verir ki, Bakının ən məşhur idman kafelərindən olan Offside Pub&Bar-da keçiriləcək turnirin mövzusu "Neftçi” PFK və onun tarixidir.
Turnirdə kimlər iştirak edə bilər? Viktorinada peşəkar jurnalistlərdən ibarət komandalar iştirak edə bilər (hər komandada minimum 2, maksimum 4 oyunçu). Turnirdə iştirak etmək üçün sifariş ərizəsini [email protected] (mövzu: "Viktorina”) e-mail ünvanına göndərərək, aşağıdakıları göstərmək lazımdır:
a) komandanın adı və onun kapitanı
b) iş vəsiqələrinin üzünün də olduğu oyunçuların siyahısı
c) əlaqələndirici şəxs və onun əlaqə nömrəsi
Komandaların qarışıq heyətlərlə iştirakına icazə verilir və komanda üzvlərinin eyni KİV-i təmsil etməsi vacib tələb kimi qoyulmur. Viktorinada bütün KİV növləri (qəzet, jurnal, sayt, radio, TV), həmçinin mətbuat xidmətlərinin əməkdaşları iştirak edə bilər.
Sifariş olunan komandaların adları təkrarlanarsa, üstünlük iştirak ərizəsini birinci göndərmiş komandaya verilir.
E-mail göndərmək üçün son müddət: 17 iyul 2017-ci il, saat 23:59. Həmin andan etibarən komandanın adı və heyəti qeydiyyata alınır və dəyişiklik edilməsinə icazə verilmir.
Sifariş ərizəsi tələblərə tam cavab verən yalnız ilk 13 komanda qeydiyyata götürülür. Bu barədə klub saytında və sosial şəbəkələrdəki səhifələrdə müvafiq məlumatlar veriləcək.
Qalib və mükafatçılar təşkilatçılar və sponsor "Lenovo” şirkəti tərəfindən xüsusi hədiyyələr əldə edəcəklər.
Turnirin formatı: 13 komanda birdövrəli turnirdə iştirak edəcək (hər komanda hər bir rəqibi ilə bir dəfə qarşılaşacaq). Qələbəyə 3, heç-heçəyə 1, məğlubiyyətə 0 xal veriləcək. Yekunda ən çox xal toplayan komanda qalib adını qazanacaq. İki və daha çox komanda eyni sayda xal toplayarsa, bütün turlar ərzində düzgün cavabların sayı daha çox olan komandaya üstünlük veriləcək. Burada da bərabərlik olarsa, komandalar arasında 5 sualdan ibarət əlavə raund keçiriləcək. Əlavə raundlar komandalardan birinin qələbə qazanacağına qədər davam edəcək.
Oyunun qaydaları haqqında yarışdan əvvəl detallı məlumat veriləcək.
saytlarin hazirlanmasi