"Sumqayıt" toplanışın birinci mərhələsini başa vurdu

00:23 - 13 İyul 2017

Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümü üçün çalışmalarını davam etdirən “Sumqayıt” Futbol Klubu hazırlıq prosesinin 1-ci mərhələsini başa vurub.

 

Sportal.az xəbər verir ki, "Kimyaçılar" bu gün saat 18:00-da “Kapital Bank Arena”da sonuncu məşqinə çıxıb.

 

Qeyd edək ki, heyətdə zədəli futbolçu yer almır. Əsasən toplu çalışmalara üstünlük verən Samir Abasovun yetirmələri təxminən 1,5 saat məşq edib. Baş məşqçinin planına əsasən, komanda 2 gün istirahət edəcək. “Sumqayıt” FK iyulun 15-də səhər saatlarında Türkiyəyə yola düşəcək.

Xəbər xətti