"Zirə"nin futbolçusu Qabriel Matey Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Rumıniyanın "Astra" klubu ilə keçirəcəkləri oyun barədə danışıb.
Sportal.az xəbər verir ki, 27 yaşlı müdafiəçi komandaların şanslarını dəyərləndirib: "Heyətimizdə yaxşı futbolçular var. Mən iki həftə olar ki, komandaya qoşulmuşam. Lakin oyunçularla anlaşa bilirəm. Düşünürəm ki, bu oyunda yaxşı şans əldə edə bilərik. Ümid edirəm ki, iki oyunun nöticəsinə görə, sevinən tərəf biz olacağıq".
Rumıniyalı futbolçu Bakı haqda da danışıb: "Azərbaycan haqda heç bir məlumatım yox idi. Lakin Bakıya gələndə gördüm ki, Dubay kimi çox gözəl şəhərdir. Bu seçimimə görə sevinirəm və ölkənin paytaxtına heyran qaldım. Qapımda neft buruqları olmasa da, dəniz suyunda neft iyini hiss etdim".
Qeyd edək ki, bu gün Curcu şəhərindəki "Marin Anastasoviçi" stadionunda keçiriləcək "Astra" - "Zirə" matçı Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.
saytlarin hazirlanmasi