PSJ yeni mövsümün hazırlığı üçün ABŞ-a yollanıb.
Sportal.az xəbər verir ki, Paris klubu okeanın o tayına Qreqoj Krıxovyakla Hatem Ben Arfanı aparmayıb.
Hər iki oyunçu özünə yeni komanda axtarır. Hatem Ben Arfanın agenti ötən günlərdə PSJ ilə müqaviləsinə xitam veriləcəyini açıqlamışdı. Onunla Türkiyə və Fransa klubları yaxından maraqlanır.
Qeyd edək ki, Ben Arfa ötən mövsüm "Nitsa"dan PSJ-yə keçmişdi.
saytlarin hazirlanmasi