“Sumqayıt” Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışına start verib. Samir Abasovun rəhbərlik etdiyi komanda dünən axşam saatlarında qonşu ölkədə ilk məşqinə çıxıb. Məşqin əvvəlində daha çox toplu hərəkətlərə üstünlük verən komanda fiziki hazırlıq üzərində çalışaraq ilk günün hazırlığını yekunlaşdırıb.
Sportal.az xəbər verir ki, "Sumqayıt" bu gün Boluda 2 məşqə çıxacaq.
Qeyd edək ki, "Gənclik şəhəri" təmilçisi ilk yoxlama görüşünü 17 iyul tarixində Superliqa təmsilçisi “Osmanlıspor”a qarşı keçirəcək. Qızılcahamam bölgəsində yerləşən Patalya Thermal Resort Hotelinin stadionunda baş tutacaq qarşılaşma yerli vaxtla saat 18:00-da start götürəcək.
saytlarin hazirlanmasi