Yeni mövsümə Boluda hazırlaşan "Sumqayıt" bu gün ilk yoxlama matçına çıxıb.
Sportal.az xəbər verir ki, Samir Abasovunun komandası Türkiyə superliqa təmsilçisi "Osmanlıspor" klubu ilə üz-üzə gəlib. Bu matçda "Sumqayıt" 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, 1978-ci ildə yaradılan və 2014-cu ildən “Osmanlıspor” adını daşıyan Türkiyə klubu ötən mövsüm UEFA Avropa Liqasında 1/16 final mərhələsinə qədər irəliləyib, ölkə çempionatında isə 13-cü yeri tutub.
saytlarin hazirlanmasi