Tiflisdə qalmaqal: Gürcülər bayrağımızı oğurladılar

20:25 - 18 İyul 2017

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində az sonra baş tutacaq “Samtredia” – “Qarabağ” matçından öncə azarkeşlər arasında qalmaqal yaşanıb.

 

Sportal.az xəbər verir ki, yerli azarkeşlərlə azərbaycanlı fanatlar arasında qalmaqal baş verib. Belə ki, “Samtredia”nın 20-ə yaxın azarkeşi azsaylı “Qarabağ” fanatları üzərinə hücum edib. Qalmaqal əsnasında əlbəyaxa dava düşüb. Yerli fanatlar azərbaycanlı azarkeşlərin bayrağını əlindən alaraq, qaçıblar.

 

Hadisədən sonra həmyerlilərimiz stadionun önündə olan polis işçilərinə müraciət ediblər. Asayiş keşikçiləri Azərbaycan bayrağını oğurlayanları yaxın zamanlarda tapacaqlarına və bayrağın qaytarılacağına dair söz veriblər. 

Xəbər xətti