Prosineçki AFFA-dan üz çevirdi – Telefonlara cavab vermir

23:43 - 18 İyul 2017

"Qəbələ” və “İnter”in Avropa Liqasının II təsnifat mərhələsindəki cavab matçlarını millinin məşqçiləri izləyəcək.
 
Mahmud Qurbanov iyulun 20-də Polşanın Belostok şəhərində baş tutacaq “Yagelloniya” – “Qəbələ” görüşündə iş başında olacaq.

Faiq Əzizov eyni tarixdə Lüksemburqda keçiriləcək “Fola Eş” – “İnter” qarşılaşmasına baxacaq. “İnter”in oyunu Bakı vaxtı ilə saat 21:30-da, “Qəbələ”nin görüşü isə saat 23:30-da başlayacaq.

 

Hazırda vətəni Xorvatiyada istirahətdə olan Robert Prosineçki Azərbaycan klublarının iştirakı ilə reallaşacaq avrokubok matçlarından heç birini izləməyəcək.  
 

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, o faktiki olaraq AFFA ilə bütün əlaqələrini kəsib.
 
Federasiya rəhbərliyinin “Bursaspor“a gedişinin qarşısını ikinci dəfə alması balkanlı mütəxəssisə möhkəm yer edib. Xorvat çalışdırıcı artıq Bakıdan gələn zənglərin çoxuna cavab vermir.

Xəbər xətti