Çempionlar Liqası: 7 klub 3-cü təsnifat mərhələsində

01:15 - 19 İyul 2017

Bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirindəki təmsilçimiz “Qarabağ” da bu gün meydana çıxıb. Qurban Qurbanovun yetirmələri ilk oyunda evdə 5:0 hesabıyla məğlub etdiyi “Samtredia”nın qonağı olub və minimal hesablı qələbə sayəsində mərhələ adlayıb.

 

Bu oyunla yanaşı bu gün daha 6 matç baş tutub. Ağdam klubu ilə yanaşı, "Astana", BATE, "Vardar", "Rieka", "Hafnarfyordur" və "Partizan" da ÇL-in 3-cü təsnifat mərhələsinə yüksəlib.

 

Bu gün keçiriləcək 10 oyunla isə 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.

 

Çempionlar Liqası

2-ci təsnifat mərhələsi, cavab oyunları

18 iyul

 

Astana (Qazaxıstan) - Spartak (Latviya) 1:1 (ilk oyun 1:0)
Alaşkert (Ermənistan) - BATE (Belarus) 1:3 (1:1)
Vardar (Makedoniya) - Malmö (İsveç) 3:1 (1:1)
Samtredia (Gürcüstan) - Qarabağ (Azərbaycan) 0:1 (0:5)
TNS (Uels) - Rieka (Xorvatiya) 1:5 (0:2)
Vikinqur (Farer adaları) - Hafnarfyordur (İslandiya) 0:2 (1:1)
Buduçnost (Monteneqro) - Partizan (Serbiya) 0:0 (0:2)

 

19 iyul

 

20:00 Dudelanj (Lüksemburq) - APOEL (Kipr) (0:1)
21:15 Rusenborq (Norveç) - Dandalk (İrlandiya) (1:1)
21:30 Kopenhagen (Danimarka) - Jilina (Slovakiya) (3:1)
21:30 Kukesi (Albaniya) - Şerif (Moldova) (0:1)
22:00 Ludoqorets (Bolqarıstan) - Jalgris (Litva) (1:2)
22:15 Maribor (Sloveniya) - Zrinski (Bosniya və Herseqovina) (1:2)
22:30 Zalsburq (Avstriya) - Hibernians (Malta) (3:0)
22:45 Legia (Polşa) - Mariehamn (Finlandiya) (3:0)
22:45 Seltik (Şotlandiya) - Linfild (Şimali İrlandiya) (2:0)
23:15 Honved (Macarıstan) - Hapoel (Byer-Şeva, İsrail) (1:2)

Xəbər xətti