"Qarabağ"ın rəqibi hansı komanda olacaq?

10:17 - 19 İyul 2017

Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşlərinə bu gün yekun vurulacaq.

 

Sportal.az xəbər verir ki, bu mərhələdə Gürcüstanın "Samtredia" klubunu mübarizədən kənarlaşdıran təmsilçimiz "Qarabağ"ın rəqibi müəyyənləşəcək.

 

Ağdam təmsilçisinin rəqibi Albaniyada müəyyənləşəcək. Adıçəkilən ölkənin çempionu "Kukesi" öz meydanında Moldova "Şerif"i ilə qarşılaşacaq.

 

Cütün qalibi III təsnifat mərhələsində "Qarabağ"a rəqib olacaq. III mərhələnin ilk oyunu Bakıda keçiriləcək.

  
Çempionlar Liqası

II təsnifat mərhələsinin cavab oyunu

19 iyul
 
21:30. “Kukesi” (Albaniya) - “Şerif” (Moldova)
İlk oyun
– 0:1

Xəbər xətti