Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşlərinə yekun vurulacaq.
Sportal.az xəbər verir ki, ikinci oyun günündə 10 qarşılaşma keçiriləcək. Bu qarşılaşmalardan sonra 3-cü təsnifat mərhələsinin bütün iştirakçılarının adları məlum olacaq.
Azərbaycan çempionu "Qarabağ"in rəqibi Albaniyada keçiriləcək "Kukesi" - "Şerif" matçından sonra bəlli olacaq. Bu komandalar arasındakı ilk matçda Moldova çempionu minimal hesablı qələbə qazanıb.
Çempionlar Liqası
II təsnifat mərhələsinin cavab oyunları
19 iyul
20:00. “Dudelanj” (Lüksemburq) - APOEL (Kipr)
İlk oyun - 0:1
21:15. “Rusenborq” (Norveç) - “Dandalk” (İrlandiya)
İlk oyun - 1:1
21:30. “Kopenhagen” (Danimarka) - “Jilina” (Slovakiya)
İlk oyun - 3:1
21:30. “Kukesi” (Albaniya) - “Şerif” (Moldova)
İlk oyun – 0:1
22:00. “Lüdoqorets” (Bolqarıstan) - “Jalgiris” (Litva)
İlk oyun – 1:2
22:15. “Maribor” (Sloveniya) - “Zrinski” (Bosniya və Herseqovina)
İlk oyun -2:1
22:30. “Zalsburq” (Avstriya) - “Hibernians” (Malta)
İlk oyun – 3:0
22:45. “Legiya” (Polşa) - “Mariehamn” (Finlandiya)
İlk oyun - 3:0
22:45. “Seltik” (Şotlandiya) – “Linfild” (Şimali İrlandiya)
İlk oyun – 2:0
23:15. “Honved” (Macarıstan) - “Hapoel” (Beyer Şeva, İsrail)
İlk oyun - 1:2