Türkiyənin Bolu bölgəsində hazırlığını davam etdirən "Sumqayıt" bu günü iki məşq əsnasında başa vuracaq.
Sportal.az xəbər verir ki, komanda Samir Abasovun rəhbərliyi altında artıq səhər məşqini keçirib. Təxminən 1,5 saat davam edən məşq prosesində yalnız taktiki gedişlər üzərində işlənilib. Bundan başqa, futbolçuların sürət dözümlüyü yoxlanılıb.
Qeyd edək ki, "Sumqayıt"ın axşam məşqi yerli vaxtla saat 18:30-da olacaq.
saytlarin hazirlanmasi