"Samtredia"nın futbolçusu: "Bu, nüfuz matçı idi"

18:50 - 19 İyul 2017

Gürcüstanın "Samtredia" klubunun futbolçusu Niko Sandoxadze Tiflisdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşündən sonra fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, o, bunları söyləyib:

 

"Oyun çətin keçdi. Biz güclü komandaya qarşı oynayırdıq. Uşaqlar əllərindən gələni ortaya qoymaq üçün hər şey etdilər. Təəssüf ki, yaratdığımız imkanlardan yararlana bilmədik. Nəticədə uğursuzluğa düçar olduq. Sağ olun ki, gəldiniz. Amma artıq diqqətimizi ölkə çempionatına yönəltməliyik. Bizim maksimumumuz da, potensialımız da var. Amma bu gün əlimizdən gələni etdik. Uşaqlar sonadək vuruşdular. Bu mənada, çox şadam. Heç vaxt hakimin qərarlarını müzakirə etməmişəm. Amma fikrimcə, ilk görüşdə mübahisəli vəziyyətlərdə qərarlar Azərbaycan komandasının xeyrinə çıxarıldı. Fikrimcə, bizim də səhvlərimiz var idi və reallığı qəbul etməliyik".

 

Gənc oyunçunun fikrincə, 0:5 hesablı məğlubiyyətdən sonra cavab oyununa motivasiya olunmaq çətindir: "Bu, nüfuz matçı idi. Bilirdik ki, sadiq azarkeşlərimiz, ailəmizin üzvləri gələcəklər. Biz də onlar üçün oynadıq".

 

Qeyd edək ki, "Qarabağ"ın növbəti rəqibi bu axşam Albaniyada "Kukesi" ilə Moldova "Şerif"i arasında keçiriləcək Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşündən sonra müəyyənləşəcək. İlk matçda "Şerif" qalib gəlib - 1:0.

Xəbər xətti