Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, bu mərhələdə Gürcüstanın "Samtredia" klubunu mübarizədən kənarlaşdıran təmsilçimiz "Qarabağ"ın rəqibi müəyyənləşib.
Ağdam təmsilçisinin rəqibi "Kukesi" - "Şerif" matçında sonra müəyyələşib. Albaniyada keçirilən görüşdə meydan sahibləri "Şerif"i 2:1 hesabıyla məğlub edib. Buna baxmayaraq, mərhələni ilk oyunda 1:0 hesabı ilə qalib gələn Moldova çempionu adlayıb.
Beləliklə, cütün qalibi olan "Şerif" III təsnifat mərhələsində "Qarabağ"a rəqib olub. III mərhələnin ilk oyunu Bakıda keçiriləcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 25-26 iyul, cavab matçları isə 1-2 avqustda keçiriləcək.